“Kəskin respirator virus infeksiyasından sonra, ən yaxşısı, diş fırçanızı təzə olsa belə, atmaqdır”.
Medianews.az xəbər verir ki, bunu həkim Semyon Beklenişev deyib.
Onun sözlərinə görə, xəstəlik zamanı fırçanın üzərində çoxlu sayda mikrob toplanır. Viruslar həqiqətən havada tez ölür, lakin bakteriya və göbələklər yox. Buna görə köhnə diş fırçası təkrar infeksiyaya səbəb ola bilər.
"Hər istifadədən sonra diş fırçanızı axan suyun altında yaxşıca yuyun və başıaşağı saxlayın. Bu, onun tez qurumasına imkan verəcək. Evinizdə kimsə xəstədirsə, digər diş fırçalarının diş fırçasına toxunmasına icazə verməyin”, həkim deyib.
Medianews.az