Rusiyada bir kişi başqasının kartından istifadə edərək bərbərə gedib və mağazalarda alış-veriş edib.
Medianews.az xəbər verir ki, hadisə Saratovda baş verib.
Bank kartını itirən 24 yaşlı oğlan polisə müraciət edib. O bildirib ki, kimsə onun kartını tapıb və mağazalarda istifadə etməyə başlayıb.
Məlum olub ki, kartı əvvəllər heç bir cinayəti olmayan 58 yaşlı kişi tapıb. O, nəinki başqasının hesabına ərzaq aldığını, həm də saçını kəsdirdiyini etiraf edib. Kişini külli miqdarda cərimə və ya 6 ilə qədər həbs gözləyir.
Medianews.az