Hindistanda bir gənc başında dəhrə ilə xəstəxanaya gəlib.
Medianews.az xəbər verir ki, hadisə Maxaraştra ştatının Mumbay şəhərində baş verib.
Şahidlərin sözlərinə görə, gənc öz növbəsini sakit şəkildə gözləyib və telefondan rahat şəkildə istifadə edib. Xəstəxana əməkdaşları onun küçədə hücuma məruz qaldığını bildiriblər. Dəhrə gəncin beyninə təxminən 4 santimetr daxil olub.
Həkimlər təcili əməliyyat keçirərək kəsici aləti uğurla çıxarıblar. Bildirilir ki, xəstənin vəziyyəti stabildir və onun tam sağalacağı gözlənilir.
Medianews.az