Medianews.az
Bakıda obyekt yanır: yaxınlıqdakı mağazalar təxliyə edilir -
82 baxış

Bakıda obyekt yanır: yaxınlıqdakı mağazalar təxliyə edilir - VİDEO

Bakının Ziya Bünyadov prospektində obyektdə yanğın başlayıb.

Bu barədə Medianews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə nazirliyin qüvvələri cəlb olunub.

Yanğının söndürülüməsi istiqamətində işlər görülür.

***

Dərnəgüldə obyektdəki yanğınla əlaqəli polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanğın baş verən obyekt tikinti materialları mağazasıdır.

Hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.

***

Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.

Bizə qoşulun