Medianews.az
Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu -
71 baxış

Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu - FOTO

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür./Qafqazinfo.az/

bakida-arvadini-bicaqlayaraq-cine-qacdi

Bizə qoşulun