Medianews.az
Bakı-Sumqayıt-Bakı ekspres qatarları
81 baxış

Bakı-Sumqayıt-Bakı ekspres qatarları bu ərazilərdə də DAYANACAQ

Bu gündən etibarən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

Bu barədə Medianews.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

    Qeyd edilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

    Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

    Bizə qoşulun