Dünyada iqtisadi böhran riski getdikcə artır. Qlobal böhranın Azərbaycanda ərzaq və digər məhsulların qiymətində bahalaşmaya səbəb olacağı proqnozlaşdırılır.
Nəzərə alsaq ki, hazırda Yaxın Şərqdə gərginlik hökm sürür, bu vəziyyət qlobal inflyasiyanın daha da sürətlənməsini və bir çox ölkədə iqtisadi sabitliyin sarsılmasını qaçınılmaz edə bilər. İnflyasiya təkcə enerji sektoruna deyil, eyni zamanda logistika, istehsal və ərzaq zəncirinə də mənfi təsir göstərir. Çünki ərzaq məhsullarının maya dəyəri nəqliyyat və enerji xərcləri ilə sıx bağlıdır. Beynəlxalq bazarlarda baş verən bahalaşma isə ölkə daxilində də qiymət artımı ehtimalını gücləndirir.
Qlobal iqtisadi risklər Azərbaycanın daxili bazarında qiymətlərə necə təsir göstərəcək və bahalaşma daha çox hansı məhsul qruplarında hiss oluna bilər?Yaxın Şərqdəki gərginlik qlobal böhrana necə təsir edir və Azərbaycan, eləcə də idxaldan aslı olan digər ölkələr üçün nə kimi risklər var?
Mövzu ilə bağlı suallarımızı millət vəkili iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.//bakupost