Medianews.az
Azyaşlı 5-ci mərtəbədən yıxıldı,
108 baxış

Azyaşlı 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 29-u saat 13 radələrində 2017-ci il təvəllüdlü Məryəm Günəş qızı Mərciyeva yaşadığı Şərq küçəsi ev 332 mənzil 32-nin eyvanından yıxılıb.

5-ci mərtəbədən yıxılan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun