Medianews.az
Azərbaycanın tanımadığı bu ölkəni daha neçə ölkə tanımır?
1,867 baxış

Azərbaycanın tanımadığı bu ölkəni daha neçə ölkə tanımır?

Bu günə olan məlumata görə, BMT-nin 193 üzvünün 109-u Kosovonu müstəqil dövlət kimi tanıyır. Onların arasında keçmiş SSRİ məkanından Estoniya, Latviya və Litva da var.

Medianews.az bildirir ki, Rusiya, Belarus, Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan Kosovonu müstəqil dövlət kimi tanımayanlar siyahısına daxildir.

Azərbaycanın qonşularından Türkiyə Kosovonun müstəqilliyini tanıyıb, İran bu addımı atmayıb.

Serbiyada muxtar diyar statusunda olmuş Kosovo 2008-ci il fevralın 17-də müstəqillik elan edib. Dünya birliyinin bu məsələdə fikri haçalanıb.

Kosovonun müstəqilliyini tanıyan son qərarı oktyabrın 29-da Suriya verib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun