Medianews.az
Azərbaycanda müəllim özünə qəsd etdi   —
55 baxış

Azərbaycanda müəllim özünə qəsd etdi — Onu təhdid edən kim olub?

Azərbaycanda müəllim özünə qəsd etdi   —  Onu təhdid edən kim olub?

Musiqi müəllimi canına qəsd edib.

Medianews.az Oxu24.com-a istinadla  xəbər verir  ki,hadisə Ucar rayonunda baş verib.

Rayonda musiqi məktəbində müəllim işləyən  1976-cı il təvəllüdlü Təranə Həsənova həyatına son qoyub.

İlkin məlumata görə,müəllimin intiharına səbəb borc pul olub.Belə ki,yaxın qohumlarından birinə faizlə pul alıb verən müəllim borcu qaytara bilmədiyi üçün sirkə turşusu içərək canına qəsd edib.

Məlumata görə,ona hadisədən bir neçə gün öncə faizlə pul götürdüyü şəxs zəng edib və borcu qaytarmadığı halda həyat yoldaşına məlumat verəcəyini bildirib.

Bu danışıqdan sonra Təranə Həsənova canına qıyıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizə qoşulun