Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Medianews.az-a verilən məlumata görə, məhdudiyyət aprelin 13-ü saat 10:00-dan ayın 15-i saat 07:00-dək qüvvədə olacaq.
Bu müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şosesindən istifadə edə bilərlər.