Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçilərin aylıq əməkhaqqısı bir qayda olaraq iki hissəyə bölünərək avans və qalan formasında ödənilməlidir.
Medianews.az banker.az-a istinadən xəbər verir ki, praktikada isə bu norma xüsusilə büdcədən maliyyələşən təşkilatlarda çətinlik yaradırdı.
Başqa sözlə, mövcud qanuna görə, işçi birtərəfli olaraq işə götürəndən əməkhaqqının ayda iki dəfə verilməsini tələb edə bilərdi. Ancaq yeni təklif layihəsində bu məcburilik aradan qaldırılır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, əslində bir çox işəgötürənlər uzun müddətdir maaşı ayda bir dəfə ödəyir. Mövcud qanun işçiyə iki dəfə tələb etmək hüququ versə də, bu, praktiki olaraq mübahisələrə və hesabatlılıq problemlərinə səbəb olurdu.