Qarlı hava nəticəsində Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunda çətin vəziyyət yaşanıb. Belə ki, güclü külək nəticəsində yolun hərəkət hissəsi qarla örtülüb, nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yolun qardan təmizlənməsi işləri aparılır.Həmçinin yolda qalan sürücülərə kömək göstərilir.