Medianews.az
Azərbaycanda bu banka yeni sədr təyin edildi
118 baxış

Azərbaycanda bu banka yeni sədr təyin edildi

Fərhad Baxşəliyev “Premium Bank”ın İdarə Heyətinin yeni sədri təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, o, 2023-cü ilin dekabr ayından bankın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib.

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Bizə qoşulun