Medianews.az
Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı" ilə, "Kəpəz" "Turan Tovuz"la
54 baxış

Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı" ilə, "Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.

"Report"un məlumatına görə, ilk olaraq "Qarabağ" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.

Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda "Sabah" - "Qəbələ" duelinin (ilk oyun - 0:0) güclüsü ilə görüşəcək.

Saat 19:00-da isə "Turan Tovuz" "Kəpəz"lə qarşılaşacaq. Oyun "Azərsun Arena"da təşkil olunacaq. Bu cütdə sevinən tərəf növbəti raundda "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

5 fevral

14:30. "Şamaxı" – "Qarabağ"

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.

VAR: Rauf Cabarov.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı şəhər stadionu

19:00. "Turan Tovuz" – "Kəpəz"

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Azərsun Arena"

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.

Bizə qoşulun