Medianews.az
Azərbaycan komandalarının rəqibləri:
134 baxış

Azərbaycan komandalarının rəqibləri: siyahı yenilənib

Yenilənmiş təmsilçiliyə görə, 2026-2027 mövsümündə UEFA Konfrans Liqasına Azərbaycandan “Neftçi” və “Zirə” komandaları yollanır.

Medianews.az bildirir ki, birinci mərhələdən start götürəsi “Zirə”nin mümkün rəqibləri bunlardır: “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Konnahs Kuey”, “Penybont”, “Karnarfon Taun” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo”, “Elbasani” (Albaniya), UNA, “Mondorf-le-Ben” (Lüksemburq), “Heqelmann” (Litva), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar Bar”, “Petrovats” (Monteneqro), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Kalyu” (Estoniya).

İkinci mərhələdə yer alan “Neftçi” bu komandalara tuş gələ bilər: “Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen”, “Nordsyaelland” (Danimarka), “Gent” (Belçika), “Rapid”, “Austria” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), “Styaua”, “Kluj” (Rumıniya), “Rakov”, “Katovitse” (Polşa), “Partizan” (Serbiya), “Luqano”, “Syon” (İsveçrə), AEK, “Apollon” (Kipr), “Başakşəhər” (Türkiyə), “Riyeka” (Xorvatiya), HİK (Finlandiya), “Zrinski” (Bosniya), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Qradets” (Çexiya), “Vaduts” (Lixtenşteyn), “Tobol” (Qazaxıstan), “Hibernian” (Şotlandiya), “HB Torshavn” (Farer adaları).

Azərbaycan Çempionlar Liqasına “Sabah”, Avropa Liqasına “Qarabağ” ilə qatılır.

Çempionlar Liqasına birinci mərhələdən başlayası “Sabah”ın potensial rəqibləri belə sıralanır: İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan KuPS, Kosovodan “Drita”, Cəbəllütariqdən “Linkoln”, Bosniyadan “Borats”, İslandiyadan “Vikinqur”, Qazaxıstandan “Kayrat”, Ruminiyadan “Universitatya” (Krayova), Latviyadan “Riqa”, Farer adalarından “Klaksvik”, Estoniyadan “Flora”, Şimali İrlandiyadan “Larn”, Moldovadan “Petrokub”, Uelsdən “Nyu Sents”.

Avropa Liqasına birinci mərhələdən siftə eləyəsi “Qarabağ”ın bu mümkün rəqibləri var: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya” (Kluj, Rumıniya), “Alüminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).

Hər üç turnirdə dörd təsnifat mərhələsi oynanacaq. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq.

Reqlamentə görə, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun