Medianews.az
Atasının inamını dubl və fantastik qolla doğrultdu -
99 baxış

Atasının inamını dubl və fantastik qolla doğrultdu - VİDEO

Ötən gün Niderland çempionatının 19-cu turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əfsanəvi futbolçu Robin van Persinin baş məşqçisi olduğu “Feyenoord” “Sparta” ilə üz-üzə gəlib. 

Qonaqlar qarşılaşmada 3:1 hesabı ilə öndə olduğu vaxtda Van Persi oğlu Şakil van Persini meydana buraxıb. 

Əfsanəvi futbolçunun oğlu 87 və 88-ci dəqiqələrdə iki qol vuraraq hesabda tarazlıq yaradıb. O, qollardan birini akrobatik zərbə ilə vurub. 

Lakin “Sparta” 90+3-də fərqlənərək oyundan qalibiyyətlə ayrıla bilib. 

Bizə qoşulun