"Fənərbağça"nın yarımmüdafiəçisi Marko Asensio yenidən İspaniya La Liqada çıxış edə bilər.
Milli.Az xəbər verir ki, İspaniyanın "Sevilya" klubu təcrübəli futbolçunun transferi ilə maraqlanır.
"AS" nəşrinin məlumatına görə, "Sevilya" 29 yaşlı ispan oyunçu üçün yanvar transfer pəncərəsində "Fənərbaxça"ya rəsmi təklif göndərməyi planlaşdırır. Hücumçunun özünün də ölkəsinə qayıtmaqda maraqlı olduğu iddia edilir.
Qeyd edək ki, Asensio mövsümün əvvəlində Paris Sen-Jermendən türk klubuna 7,5 milyon avroya transfer olunub.