Medianews.az
“Acun Medya”nın baş koordinatoru
60 baxış

“Acun Medya”nın baş koordinatoru saxlanıldı

Türkiyəli iş adamı Acun Ilıcalının rəhbəri olduğu “Acun Medya”nın baş koordinatoru Esat Yontunç saxlanılıb.

Qafqazinfo xəbər verir ki, o bu gün xarici ölkədən qayıdarkən hava limanında saxlanılıb.

Yontunç fahişəliyə cəlbetmə və narkotik istifadəsini asanlaşdırma əməlləri üzrə ittiham olunur.

Qeyd edək ki, daha öncə narkotiklə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutuna saç və qan nümunələri təqdim edilən bir neçə şübhəli şəxs məhkəməyə göndərilib. Məlum olub ki, həmin şübhəlilərdən biri məhz A.Ilıcalının yaxın dostu və “Acun Medya”nın baş koordinatoru Esat Yontunçdur.



Bizə qoşulun