Medianews.az
ABŞ-nin vitse-prezidenti Ermənistan Prezidenti ilə görüşüb
80 baxış

ABŞ-nin vitse-prezidenti Ermənistan Prezidenti ilə görüşüb

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanda ABŞ vitse-prezidenti Cey Di Vensi qəbul edib.

Medianews.az xəbər verir ki, görüş zamanı Xaçaturyan regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və ABŞ Prezidenti Donald Trampın İrəvanla Bakı arasında sülh prosesinə böyük töhfəsini qeyd edib.

Həmçinin vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə kömək edir.

Bizə qoşulun