ABŞ Prezidenti Donald Trampın administrasiyası 2026-cı ilin sonuna qədər Havanadakı hakimiyyəti devirmək üçün Kuba hökuməti daxilində insanlar axtarır.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Kuba hökuməti daxilində insanların axtarışı Venesuela prezidenti Nikolas Maduronun devrilməsindən ilhamlandıqdan sonra başlayıb.
Mənbələr bildirib ki, ABŞ Prezident administrasiyası Kuba iqtisadiyyatını "çökməyə yaxın" kimi qiymətləndirib və ölkə hökuməti Madurodakı həyati müttəfiqini itirdikdən sonra heç vaxt "bu qədər kövrək" olmayıb.