Medianews.az
ABŞ dövlət katibinin geyimi əks-səda doğurub –
153 baxış

ABŞ dövlət katibinin geyimi əks-səda doğurub – Nə demək istəyir?

ABŞ prezidenti Donald Trampı Çin səfərində müşayiət edən dövlət katibi Marko Rubionun geyimi əks-səda doğurub.

Medianews.az bildirir ki, Ağ evin kommunikasiya direktoru mayın 13-də prezident təyyarəsində çəkilmiş bir fotonu paylaşıb. Fotoda Rubio idman geyimində görünür.

ABŞ xüsusi təyinatlıları bu ilin əvvəli Venesuela prezidenti Nikolas Maduronu paytaxt Karakasda həbs edəndə Maduro eynən “Nike” firmasının belə bir boz rəngli idman geyimində olub.

Marko Rubionun yeni fotosu xüsusilə sosial şəbəkələrdə geniş müzakirə edilir.

Əksəriyyət bunu ABŞ-nin gücünü yada salmaq məqsədi daşıyan bir siyasi mesaj kimi qiymətləndirir.

Medianews.az

Bizə qoşulun