ABŞ-nin Respublikaçılar Partiyasının nümayəndələri üzərində ABŞ bayrağı olan Qrenlandiya formasında tort yeyiblər.
Milli.Az xəbər verir ki, ABŞ-nin Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın elan etdiyi razılaşmanı qeyd etmək üçün bir araya gəliblər.
"Tədbirdə iştirak edənlərin tort kəsildiyi zaman alqışları eşidilirdi, videonu "X" sosial şəbəkəsinə yükləyən respublikaçı Maykl Keysi isə "51-ci ştat!" ifadəsini səsləndirirdi", - deyə bildirilib.
