Həbsdə olan jurnalist Azər İsrafilovun damarlarını kəsərək özünə xəsarət yetirməsi barədə məlumatlar yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə jurnalistin anası Zenfira İsrafilova açıqlama verib. O, oğlunun 2 il 8 aydır həbsdə olduğunu, bu il may ayının 13-də vəziyyəti pisləşdiyi üçün 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə köçürüldüyünü deyib. Z.İsrafilovanın iddiasına görə, daha sonra oğlu müalicə olunmadan yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Qeyd edək ki, Azər İsrafilovun anası Ədliyyə Nazirliyi, nazirliyin Tibb Baş -İdarəsi, Penitensiar Xidmət və Ombudsmana müraciət edərək oğlunun xəstəliyi ilə bağlı tədbirlərin görülməsini də xahiş edib. A.İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb.
Xatırladaq ki, jurnalist dələduzluq və dövlət sərhəddini qanunsuz keçməyə cəhd göstərməkdə təqsirləndirilərək həbs edilib.