Rusiyanın paytaxtı Moskva vilayətində iki kişi şaurma üstündə dava edib və onlardan birinə bir neçə bıçaq xəsarəti yetirilib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, məluma görə, 41 yaşlı Sergey şaurma aldıqdan sonra yolda naməlum şəxs ona hücum edərək yeməyi götürməyə çalışıb.
Kişilər arasında dava düşüb və bu zaman Sergey sinəsindən və kürəyindən bir neçə bıçaq zərbəsi alıb. Zərərçəkən yoldan keçənlərdən təcili yardım çağırmağı xahiş edib və xəstəxanaya gedib.
Hadisənin ikinci iştirakçısı hadisə yerindən qaçıb və hazırda polis onu axtarır.
Medianews.az