Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “Gənclik və Maarifçilik” İctimai Birliyinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi tədbirlərinin təşkili” layihəsinin icrası tamamlanıb.
Medianews.az xəbər verir ki, layihənin məqsədi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində müəyyən edilmiş inkişaf istiqamətləri ilə gəncləri yaxından tanış etmək, bu əsasda onların gələcək təhsil və karyeralarını planlaşdırmasına kömək etməkdir.
Məlum olduğu kimi milli prioritetlərdə 5 istiqamət qeyd edilir: dayanıqlı, artan, rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış.
Layihə çərçivəsində təhsil müəssisələrində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı gənclərin maarifləndirilməsi üçün dəyirmi masalar təşkil edilib.
Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə bir sıra maarifləndirici söhbətlər aparılıb.
Dekabr ayında başlanmış layihə 5 ay davam edib.