Rusiyanın paytaxtı Moskvada yerləşən Kosino Park ticarət mərkəzində kişi qısqanclıq zəminində keçmiş həyat yoldaşını paltardəyişmə otağında bıçaq zərbəsi endirib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, kişi qadının boynundan və başından bıçaqlayıb, daha sonra hadisə yerindən qaçıb.
O, hazırda saxlanılıb, qadın çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanadadır.
“Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, müstəntiqlər artıq hücum yerinə baxış keçirib və şahidləri dindiriblər.
Medianews.az