Aprelin 30-da Rusiyanın Çelyabinsk vilayətinin Kartalinski rayonunda vəhşi ayı görünüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, verilən məlumata görə, heyvan Bredinski rayonuna doğru qaçıb və hazırda onun tutulması üçün iş təşkil olunub.
Heyvanın meşədən çıxaraq çöldən keçərək qaçması görüntüləri yerli sakinlər tərəfindən paylaşılıb.
Medianews.az