“ABŞ-ın Çinin istehsal gücü ilə bağlı narahatlığı həddindən artıqdır”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
“Həqiqətən həddindən artıq olan ABŞ-ın özünə şübhə ilə bağlı narahatlığı və ABŞ-ın Çinə böhtan atan müxtəlif bəyanatlarıdır”, – Çin Xarici İşlər Nazirliyinin rəsmisi deyib.
Onun fikrincə, Birləşmiş Ştatlar Çinin inkişafını məhdudlaşdırmaq üçün bilərəkdən yalan nağıl yaradır. O əlavə edib ki, bu narahatlıqlar sağlam düşüncəyə və sənaye inkişafı qanunlarına ziddir.
Medianews.az