“Metronun “İçərişəhər” stansiyasında “narkomaniya əleyhinə” reklam baneri adamı narkoman olmağa şövqlə səsləyir. Banerdə yazılıb: Şüşə, patı, həyatın qaranlıq qatı. Belə qafiyəli təqdimat, o narkotik maddələrin küçə adlarını reklam rolikinə gətirmək tam əks-effekt verir”.
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu bildirib.
O qeyd edib ki, belə reklam mətnləri narkomaniyanın anti-təbliğatı deyil, birbaşa təbliğatıdır.
Jurnalistin qənaətincə, şeirin gücünü anlamayanlar, dəhşətli vərdiş barədə qafiyə dilində danışanlar bu mövzunun əzbərlənməsinə səbəb olduqlarının fərqində deyillər: “Minlərlə misaldan birini deyim: Vaqif əsl tarixdə yaxşı adam olmayıb, Qacar isə cəngavər olub. Amma böyük şairimiz Səməd Vurğun ideologiyanın diktəsi ilə pyes yazaraq Vaqifi mələk, Qacarı şeytan kimi təqdim etdi. Məhz şeirin dili bizi 70 il çaşdırdı. Narkotikdən uzaq durmaq istəyən cəmiyyət bu mövzuda nəinki şeir deməli, meyxana söyləməlidir, əksinə, bu mövzuda ümumiyyətlə danışmamalıdır”.
C.Musaoğlu vurğulayıb ki, ömründə bir hekayə oxumayan adamlar narkomanları sağaldan həkimlər rolunda sosial şəbəkə fenomenlərinə çevriliblər.
Daha ətraflı videoda: