Alimlərin fikrincə, 30 dəqiqəlik orta intensivlikli məşq depressiya əlamətlərini tez bir zamanda azalda bilər.
Medianews.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələrini “Gazeta.Ru” nəşr edib.
Depressiya ən ağır psixi pozğunluqlardan biri hesab olunur və onun müalicəsi üçün dərmanların işə başlaması adətən həftələr və ya aylar çəkir. Daimi idmanın psixi sağlamlıq üçün faydalı olduğu uzun müddətdir qəbul edilib, lakin fiziki fəaliyyətin antidepresan təsirinin mexanizmi və sürəti naməlum olaraq qalıb.
Elm adamları, yarısında yüksək narahatlıq və ya depressiv simptomlardan əziyyət çəkən 40 universitet tələbəsi və işçisini təhlil edərək qısamüddətli idmanın təsirlərini qiymətləndirməyə qərar veriblər.
Orta sürətlə 30 dəqiqə qaçdıqdan sonra könüllülər psixoloji testləri tamamlayıblar. Nəticədə mosional stressin, yorğunluğun və narahatlığın azaldığını, özünə inam və enerjinin artdığı göstərilib.
Digər tədqiqatçılar qrupu xroniki stressə məruz qalan siçanlar üzərində təcrübələr aparıb. 30 dəqiqəlik qaçışdan sonra gəmiricilərin depressiv davranışları kəskin şəkildə azalıb və bu təsir 24 saata qədər davam edib.
Gələcəkdə alimlər minimum effektiv məşq müddətini və optimal intensivliyi daha dəqiq müəyyən etməyi, həmçinin yaş və cinsin beyin reaksiyasına təsirini öyrənməyi planlaşdırırlar. Bunun depressiyaya qarşı potensial qarşısının alınmasını təmin edəcəyi gözlənilir.
Medianews.az