01.07.2025, 11:14
198 baxış
Lamiyə
İslam Mahaçev UFC reytinqində liderliyi itirib
Ultimate Fighting Championship (UFC) saytında yenilənmiş reytinq siyahısı yerləşdirilib.
“İki sahil” xəbər verir ki, rusiyalı İslam Mahaçev çəki dərəcələrindən asılı olmayaraq (P4P) ən yaxşı döyüşçülərin reytinqində ikinci yerə düşüb.
Reytinqə gürcü əsilli ispan döyüşçüsü İliya Topuriya başçılıq edir.
Siyahı yenilənməmişdən əvvəl o, üçüncü yerdə idi. İyunun 29-da Topuriya ilk raundda braziliyalı Çarlz Oliveyranı nokaut edərək UFC yüngül çəkidə çempion oldu. P4P reytinqində üçüncü yeri gürcü əsilli amerikalı döyüşçü Merab Dvalişvili tutur.
Paylaş: