Medianews.az
Reaktiv xizək çayda<span style=color:red> partladı - VİDEO
94 baxış

Reaktiv xizək çayda partladı - VİDEO

Rusiyada reaktiv xizək çayda partlayıb. Medianews.az xəbər verir ki, hadisə iyunun 24-də, İrkutsk şəhərində, Anqara çayında baş verib. İnsidentlə bağlı araşdırma aparılır. Hadisə şahidlərinin sözlərinə görə, reaktiv xizək qəflətən alışıb. Hadisə nəticəsində su gəmisini idarə edən 45 yaşlı kişi xəsarət alıb. Hadisə yerinə gələn nəqliyyat polisi əməkdaşları müəyyən ediblər ki, zərərçəkmiş oğlu ilə reaktiv xizək ilə gəzintiyə çıxmağı planlaşdırıb. Hazırda hadisənin bütün şəraiti araşdırılır. İlkin məlumata görə, partlayışa səbəb yanacaq-hava qarışığının alışması olub, bu, reaktiv xizəyin yanacaq təchizatı sistemində yaranan nasazlıq nəticəsində baş verə bilər. Medianews.az    

Bizə qoşulun