Medianews.az
Azərbaycanlı “Starlink” aldı, yoxladı: Necə quraşdırılır? Neçəyə başa gəlir? Sürəti nə qədərdir? - <span style=color:red>VİDEO
210 baxış

Azərbaycanlı “Starlink” aldı, yoxladı: Necə quraşdırılır? Neçəyə başa gəlir? Sürəti nə qədərdir? - VİDEO

Məlum olduğu kimi, bu ilin martından amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk interneti Azərbaycan üçün də aktivləşdirilib. Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün nə etməlidirlər? Bundan ötrü lazımi avadanlıqları necə sifariş vermək olar? Neçəyə başa gəlir? Nə qədər vergi tutulur? Sifariş edilən avadanlıqlar gömrükdən necə keçir? Həmin avadanlıqları necə quraşdırmaq gərəkdir? “Starlink” peyk internetinin sürəti nə qədərdir? Medianews.az bildirir ki, “Technote Media” şirkətinin təsisçisi, jurnalist, texnobloger Fərid Pərdəşünas bu və digər suallara aydınlıq gətirmək məqsədilə video hazırlayıb. F.Pərdəşünas Azərbaycanda “Starlink” peyk internetinə qoşulan, onun avadanlıqlarını sifariş edib gətirdən, quraşdıran və sınaqdan çıxaran ilk şəxslərdən biridir. https://youtu.be/mejw66I-S0k?si=DtXGHchid9mCyr1W Medianews.az

Bizə qoşulun