Medianews.az
Türkiyədə mədən çökdü, <span style=color:red> 13 yaralı
139 baxış

Türkiyədə mədən çökdü, 13 yaralı

Türkiyədə mədəndə çökmə baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Ankaranın Beypazarı rayonunda qeydə alınıb. Belə ki, çökmə nəticəsində 13 nəfər yaralanıb, onlardan 1-nin vəziyyəti ağırdır. Yaralılar Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb. İkisi isə Ankaraya aparılıb. Qeyd olunub ki, hadisə zamanı mədəndə 29 işçi olub.

Bizə qoşulun