Medianews.az
"Dimdik ayaq üstəyəm, heç vaxt əyilmərəm" -  <span style=color:red>Həbs qərarından sonra Əkrəm İmamoğludan ilk açıqlama
185 baxış

"Dimdik ayaq üstəyəm, heç vaxt əyilmərəm" - Həbs qərarından sonra Əkrəm İmamoğludan ilk açıqlama

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs qərarından sonra ilk dəfə açıqlama verib. Teleqraf xəbər verir ki, o, baş verənlərə baxmayaraq mübarizəsini davam edəcəyini deyib. “Dimdik ayaq üstəyəm, heç vaxt əyilmərəm. Hər şey əla olacaq”, - İmamoğlu bildirib. Xatırladaq ki, bundan əvvəl Əkrəm İmamoğlu barəsində iki ayrı cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə korrupsiya işində İstanbul Baş Prokurorluğunun təqdimatını qəbul edərək barəsində həbs qərarı versə də, terror işində təqdimat qəbul olunmayıb. Əkrəm İmamoğlu “silahlı terror təşkilatına yardım”, “cinayətkar dəstə yaratmaq”, “tenderi saxtalaşdırmaq” və “rüşvət almaq”da ittiham edilir.

Bizə qoşulun