14.03.2025, 09:29
187 baxış
Lamiyə
Soyuqda yeni doğulmuş uşağını skamyada QOYDU
Rusiyanın Nijni Tagil şəhərində 36 yaşlı qadın yeni doğulmuş oğlunu soyuq havada skamyada qoyub.
Medianews.az xəbər verir ki, məhkəmə qadın barəsində həbs qətimkan tədbiri seçib.
Martın 4-də təsadüfi yoldan keçən şəxs yorğana bükülmüş körpə aşkar edib və dərhal həkimləri çağırıb. Uşaq ağır hipotermiya ilə reanimasiyaya yerləşdirilib.
Əməliyyat tədbirləri zamanı ananın şəxsiyyəti müəyyən edilib. Onun kriminal keçmişi olan və altı böyük övladı ilə bağlı artıq valideynlik hüququndan məhrum edilmiş qadın olduğu üzə çıxıb.
İstintaqın təqdim etdiyi materiallarla tanış olan məhkəmə şübhəlinin həbsinə qərar verib.
Medianews.az
Paylaş: