Medianews.az
2025-ci ildə daha da yoxsullaşan 10 milyarder
57 baxış

2025-ci ildə daha da yoxsullaşan 10 milyarder SİYAHI

2025-ci il dünyanın milyarderləri üçün rekordlarla yadda qalıb. Onların ümumi sərvəti 22 dekabr tarixinə 18,7 trilyon dollara çatıb.

Medianews.az Valyuta.az-a istinadən xəbər verir ki, Forbes-in araşdırmasına görə, bütün sərvət sahibləri bu yüksəlişdən faydalana bilməyib. 2024-cü ilin sonunda mövcud olan 2 700-dən çox milyarderin təxminən dörddə biri bu il daha da kasıblaşıb. Onlardan 85 nəfəri isə artıq milyarder statusunu belə itirib.
Ən dramatik itki Fransadan olan Hermes varisi Nikolya Pueche məxsusdur. O, 2024-cü ilin sonunda 14,8 milyard dollar sərvətə malik idi. Hazırda isə milyarderlər siyahısından tamamilə çıxarılıb. Səbəb onun iddiasına görə, şəxsi məsləhətçisi Hermes səhmlərini onun xəbəri olmadan satıb. Lakin LVMH və Bernard Arnault bu iddianı rədd edir.
Ümumilikdə 2025-ci ildə 660-dan çox milyarder (və keçmiş milyarder) sərvət itkisi ilə üzləşib. Ən çox itkilər ABŞ-da qeydə alınıb - 186 nəfər. Növbəti yerdə Hindistan (109) və Çin (91) gəlir.
 

Bizə qoşulun