27.12.2024, 15:42
118 baxış
Azad
Polis əməliyyat keçirdi: 24 nəfər SAXLANILIB - FOTO/VİDEO
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb.
Bu barədə Medianews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Onlardan ümumilikdə 13 kiloqram müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim edilib, araşdırmalar aparılır.