16.12.2024, 12:14
198 baxış
Lamiyə
Belousov: Ukrayna Silahlı Qüvvələri bir milyona yaxın insan itirib
Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatın bütün dövrü ərzində verdiyi itkilərin sayını açıqlayıb.
Medianews.az "Lenta.ru"ya istinadən xəbər verir ki, o, qeyd edib ki, Ukrayna bir milyona yaxın insan itirib.
Nazirin sözlərinə görə, 2024-cü ildə Ukrayna tərəfi 560 min əsgər itirib.
Belousov vurğulayıb ki, təkcə Kursk vilayətində gedən döyüşlərdə 40 min ukraynalı hərbçi həlak olub.
Paylaş: