Medianews.az
"Qarabağ" bu gün İsveç klubu ilə<span style=color:red> üz-üzə gələcək
391 baxış

"Qarabağ" bu gün İsveç klubu ilə üz-üzə gələcək

"Qarabağ" UEFA Avropa Liqasında bu gün İsveçin "Elfsborq" klubu ilə üz-üzə gələcək. Medianews.az "Report"a istinadən xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edəcək qarşılaşma Buros şəhərindəki "Buros Arena"da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Portuqaliyadan olan baş hakim Antoniu Nobre idarə edəcək. UEFA Avropa Liqası Liqa mərhələsi VI tur 12 dekabr 00:00. "Elfsborq" (İsveç) - "Qarabağ" Baş hakim: Antoniu Nobre Buros. "Buros Arena" Qeyd edək ki, Azərbaycan çempionu hazırda 3 xalla 32-ci, meydan sahibləri isə 4 xalla 28-ci pillədə qərarlaşıb.

Bizə qoşulun