Medianews.az
İdmançımız qızıl medal qazandı
49 baxış

İdmançımız qızıl medal qazandı

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal qazanıb. Apasport.az xəbər verir ki, Xədicə 100-dən çox iştirakçı arasında ən yüksək nəticəni göstərib. Digər təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların mübarizəsində mükafatçılar sırasında yer alıb. O, finalın bir addımlığında uduzaraq bürünc medal əldə edib.

Bizə qoşulun