Kuba ABŞ-a xəbərdarlıq edib.
Medianews.az xəbər verir ki, bu barədə Kuba prezidenti Miguel Diaz-Kanel X sosial media səhifəsində paylaşım edib.
O, ABŞ-ı adaya hücum etməmək barədə xəbərdar edərək bildirib ki, əgər ABŞ hərbi əməliyyat başlatsa, nəticələri qiymətləndirilə bilməyən qanlı bir hadisə baş verə bilər.
“Kuba heç bir təhlükə yaratmır və heç bir ölkəyə qarşı aqressiv planları və ya niyyətləri yoxdur. Onun ABŞ-a qarşı heç bir məqsədi yoxdur və heç vaxt olmayıb”, – deyə Diaz-Kanel yazıb.
Daha əvvəl “Politico” jurnalı mənbələrə istinadən ABŞ prezidentiDonald Trampınadministrasiyasının Kubaya qarşı uğursuz sanksiya siyasətinə görə ona hərbi hücum etməyi düşündüyünü bildirmişdi.//globalinfo.az
Tahir Turan