Medianews.az
Prezidentin köməkçisindən <span style=color:red>yeni telekanalla bağlı PAYLAŞIM - FOTO
100 baxış

Prezidentin köməkçisindən yeni telekanalla bağlı PAYLAŞIM - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ANEWZ beynəlxalq televiziya kanalını fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Medianews.az-ın verdiyi məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi bu barədə özünün "X" hesabında yazıb. O, kanala qlobal məsələlərə regional fokusla alternativ perspektivlər, xəbər və məlumat mənbəyi təmin etmək səylərində uğurlar arzulayıb. "Kanal öz peşəkar komandası və rəqəmsal platformaları ilə bir çox rəqabət üstünlüklərinə malikdir", - deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.

Bizə qoşulun