Medianews.az
Ədliyyə nazirindən <span style=color:red>yeni vəzifəyə TƏYİNAT - FOTO
26 baxış

Ədliyyə nazirindən yeni vəzifəyə TƏYİNAT - FOTO

Ədliyyə naziri Fərid Əhmədov qurumun Mətbuat Xidmətinə rəis təyin edib. Medianews.az modern.az-a istinadla xəbər verir ki, sözügedən vəzifəyə Ləman Hüseynzadə gətirilib. O, bu ilin iyun ayında Mətbuat Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb. Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib. Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb. O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib.

Bizə qoşulun