Tərtər rayonunda 7 yaşlı qız kanalda boğulub.
Hadisə aprelin 10-u saat 15 radələrində şəhər ərazisində baş verib.
Şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Mustafazadə evlərinin qarşısında olarkən ehtiyatsızlıqdan kanala yıxılıb. Azyaşlı köməksiz vəziyyətdə qaldığından kanalda boğulub.
Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.