Medianews.az
Marşrut avtobusu piyadanı vurub <span style=color:red>öldürdü
42 baxış

Marşrut avtobusu piyadanı vurub öldürdü

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, dünən saat 22:20 radələrində 1962-ci il təvəllüdlü Akif Ələkbərli idarə etdiyi 46 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusla yolu keçən piyadanı vurub. Nəticədə 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev aldığı ağır xəsarətlərdən vəfat edib. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bizə qoşulun