“ABŞ Ukraynaya İranın hücumu zamanı İsrailə kömək etdiyi kimi hava hədəflərini ovlamağa kömək etməyəcək, çünki onlar fərqli münaqişələrdir”.
Medianews.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Niyə ABŞ qüvvələri İranın İsraili hədəf alan zenit raketlərinə bənzəyən Rusiya raketlərini və pilotsuz təyyarələrini Ukraynada ələ keçirə bilmir? – sualına Kirbi belə cavab verib: “Bu sualın ortaya çıxacağını bilirdim. Bunlar fərqli münaqişələr, fərqli hava məkanları, fərqli təhlükə mənzərələridir. ABŞ Prezidenti Co Bayden Ukraynadakı münaqişənin əvvəlindən açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlar bu münaqişədə döyüş rolunda iştirak etməyəcək”, – Kirbi bildirib.
O xatırladıb ki, Vaşinqton hava məkanını qorumaq üçün Kiyevə vəsait köçürüb. Lakin indi bunu edə bilməz, çünki lazımi maliyyələşmə razılaşdırılmayıb.
Ayşən