Cümə axşamı, 28 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Etnoqrafik ulduzlar

Zamin Hacı
02/06/2023 10:05
42
BAXIŞ
FacebookTwitterTelegram

Normalda rəsədxananın böyür-başı qaranlıq olmalıdır. Astronomiya elmi belə tələb edir. Çünki rəsədxana teleskopunun kosmosu müşahidə eləməsinə ətrafdakı işıqlanma mane olur. Buna yanılmıramsa, “işıq çirkliliyi” deyirlər. Bir növ, rəsədxananın yanında işıqlı binalar qayırmaq səsyazma studiyasının yanında toyxana açıb bütün günü dumbulda “Aynadan gözəl”, “Yandım ay allah iri-iri gözlərin”, “Kişidi bu, nənənin kişmişidi bu” (sünnət toyları üçün) çaldırmaq kimi axmaq hərəkətdir.

Təəssüflər olsun, hazırda bizim Şamaxı rəsədxanası bu cür pis vəziyyətlə üzləşibdir. Ora yaxşı mənzərəli olduğu üçün cürbəcür turistik obyektlər tikilmişdir. Hətta rəsədxanaya bitişik eşşək boyda hotel qayırıblar, indi alimlərimiz Marsa, Yupiterə, Saturnun halqalarına baxmaq üçün teleskopu fırladanda hansısa Abu Dabi şeyxinin balkondakı yanbızlarını ekranda görürlər. Ya da görəcəklər – deyəsən, hələ hotelin açılışı olmayıb, inşallah, olmaz. Yoxsa əgər o biri dünya varsa, rəhmətə gedənlər hansısa qalaktikaya köç edirsə, Nəsrəddin Tusi və Nadir İbrahimovun ruhları bizə qənim olmalıdır.

Hətta mən təklif edirəm alimlərimiz acığa düşüb Ramazan bayramında Ayın görünmək vaxtını xalqa açıqlamaqdan imtina etsinlər. Teleskopu dəmiryığanlara satmaq da olar. Məndə olan məlumata görə, Vasif müəllim vaxtilə Naxçıvandakı ikinci rəsədxanamızı – Batabat teleskopunu beləcə satıb məhv eləmişdir. Deyib Nuhun qəbri və mağara bəsimizdir, göylə əlləşməyək. Buna görə də uca kosmos ona qənim oldu.

Ancaq elm sferasında müəyyən inqilabi işlər aparılır, bunları yazmasaq əlimiz quruyar. Məsələn, bir alim koronavirus vaksini qayırıb. Koronavirus bütün dünyada yekunlaşandan sonra vaksin kəşf eləmək müdhiş üsuldur. Buna bizim elm aləmində “qarı şey olandan sonra qapını örtmək” metodu deyilir. Bəlkə də NK yanında OQ (pis şeylər düşünməyin, açması “Nazirlər Kabineti yanında Operativ Qərargah”dır) pandemiya məhdudiyyətlərini hələ də buna görə uzada-uzada gedir. Vaksini harasa satmalıyıq, ya yox? Yəqin kişi çox əziyyət çəkibdir.

İnsafən, vaksinin gecikməsinə onun adında da işarə vardır. Bəli, hörmətli alimimiz vaksinə… “Qarabağ” adı qoymuşdur. İnşallah, bu vaksinin uğurlu tətbiqini də 27 il sonraya gözləyək. Gec olsun, güc olsun. Bağban tələsər, armud vaxtında yetişər. Hər dərədə bir at öldürüb, baytar olub. Yeməkdən ümid yaxşıdır. Özümün gözüm həkim gözü, həkimin gözü … gözü. Nəsə, burada dayanıram, belə davam etsəm MTRŞ-dən xəbərdarlıq gələr.

Başqa önəmli elmi yeniliklər də var. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Abbas müəllim yaxşı tar çalması ilə tanınırdı. Deyəsən, Ramiz müəllimin nəvəsinin məşhur toyunda da ansamblı ilə iştirak etmişdi. Onun dövründə arxeoloqlarımız harada qızıl tapsalar, birinci Ramiz müəllimə göstərirdilər. Hətta deyilənə görə, Ramiz Mehdiyevin özünü də qədim Gilan şəhərinin xarabalıqlarında qazıntı aparanda aşkara çıxarmışdılar. Bəs indi arxeologiyamızın tarını kim çalacaq? Düşündürücüdür. İnsanı dəhşət bürüyür. Bəzən.

O cümlədən AMEA Rəyasət Heyətinin qərarı ilə etnoqrafiyaya aid üç şöbə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tərkibindən çıxarılaraq Tarix İnstitutuna verilmişdir. İndi belə çıxır institutun adında “Etnoqrafiya” qalır, lakin içində etnoqrafiya yoxdur. Bu da yuxarıdakı misalımızdan çıxış eləsək, toyda lüləkababın içinə quzu əti əvəzinə piy-miy doldurmaq kimi bir vəziyyət alınır.

Yaxşı olar Tarix İnstitutunun içindən tarix şöbələri də çıxarılıb Botanika İnstitutuna verilsin.

Elmi araşdırmalarımız davam edir, bizimlə qalın.

DAHA ÇOX OXU

export

Məşhur həkimdən ŞOK iddia: “Heç bir xəstəlik dərmanla keçmir”

28/09/2023 18:15
export

Humay Qədimova şəhid olan tələbəsini paylaşdı – FOTO

28/09/2023 16:50
export

Söyüdlüdəki zəhər məsələsinin ÜSTÜ AÇILDI

28/09/2023 16:46
Cəmiyyət

Şəhidlərimizin kredit borcları silinəcək

28/09/2023 16:44
export

Prezident Administrasiyasından Qarabağ erməniləri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

28/09/2023 16:42
export

Selçuk Bayraktar: “Xocalı faciəsi ürəyimizdə yara kimi qalmışdı”

28/09/2023 16:36

Xəbər lenti

Məşhur həkimdən ŞOK iddia: “Heç bir xəstəlik dərmanla keçmir”

28/09/2023 18:15

Ermənistan müxalifəti İrəvanda mitinq keçirəcək

28/09/2023 17:59

Prezident Zəngilan məscidində görülən işlərlə tanış oldu – Fotolar

28/09/2023 17:41

Humay Qədimova şəhid olan tələbəsini paylaşdı – FOTO

28/09/2023 16:50

Söyüdlüdəki zəhər məsələsinin ÜSTÜ AÇILDI

28/09/2023 16:46

Şəhidlərimizin kredit borcları silinəcək

28/09/2023 16:44

Prezident Administrasiyasından Qarabağ erməniləri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

28/09/2023 16:42

Selçuk Bayraktar: “Xocalı faciəsi ürəyimizdə yara kimi qalmışdı”

28/09/2023 16:36

Azərbaycanda qadını şantaj edərək intihar həddinə çatdıran şəxs həbs olundu

28/09/2023 16:33

Xankəndiyə otuz ədəd iritutumlu avtobus yola salınıb

28/09/2023 16:31

Putin Kadırovu qəbul etdi: Bir ayda 3 dəfə öldü xəbəri yayılmışdı

28/09/2023 16:13

İrina Şeykin keçmiş sevgilisi tanınmaz halda – FOTO

28/09/2023 16:12

Əməliyyatdan qayıdan hərbçilərimiz belə qarşılandı – VİDEO

28/09/2023 16:09

“Vaqner”ə məxsus hərbi təyyarə qəzaya uğradı – 140 ölü

28/09/2023 16:07

Arayikin yeri bilindi – Keçmiş xunta başçısı bu şəhərdə gizlənir

28/09/2023 16:06

“Həyatdan nakam köçdü o da…” – Əməkdar artist

28/09/2023 15:47

Peskov: Putin Ermənistana səfər etmək niyyətində deyil…

28/09/2023 15:29

Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının açılışında olub

28/09/2023 15:08

Onlarla avtobus Ermənistandan Xankəndiyə YOLLANIR – SON DƏQİQƏ

28/09/2023 14:55

İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub

28/09/2023 14:47

Məğlub olmuşdular, təslim olmurdular – OLDULAR! – Rauf Arifoğlunun yazısı

28/09/2023 14:45

Lideri təhqir edən gəncə istənilən cəza BƏLLİ OLDU

28/09/2023 14:37

Azərbaycan XİN-dən Qarabağda yaşayan ermənilərə ÇAĞIRIŞ: “Evlərinizi tərk etməyin”

28/09/2023 14:29

SON DƏQİQƏ: Yevlaxda növbəti görüş gözlənilir

28/09/2023 14:24

Kənd ərazisində uçuş edən PUA VURULDU

28/09/2023 13:57

pulqabı manat

Bu şəxslərin maaşı 400 manatdan 2600 manata yüksəldi

28/09/2023 13:51

Natali Qule: “Evinə xoş gəldin, Qarabağ!” – VİDEO

28/09/2023 13:48

100-dən çox qəlpə yarası alan Xalq artisti: “Üzümə 27 tikiş vurulub” – VİDEO

28/09/2023 13:43

Qarabağ ermənilərindən ŞOK ÇAĞIRIŞ: Özünüzü güllələyin

28/09/2023 13:34

Erməni politoloq: “İrana ümid bəsləməməliyik”

28/09/2023 13:21

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.