Medianews.az
Bakıda oğul atasını döydü, qardaşı isə lentə aldı - <span style=color:red>VİDEO
36 baxış

Bakıda oğul atasını döydü, qardaşı isə lentə aldı - VİDEO

Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib. Qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib. Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu Rüstəm İbrahimov lentə alıb. Bizim.Media-nın təqdim etdiyi görüntülərdə Rüstəm İbrahimov qardaşının ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib. Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınırlar.

Bizə qoşulun